General-mayor: “Rusiyanın genişmiqyaslı hücumu yalnız vaxt məsələsidir”
Bizi izləyin

Dünya

General-mayor: “Rusiyanın genişmiqyaslı hücumu yalnız vaxt məsələsidir”

“Demək çətindir ki, bu ümumi hücumdur. Onlar yaza hazırlaşırlar və həm də gözləyirlər ki, Avropa və ABŞ nə deyəcək. Amma sözsüz ki, ABŞ öz kəşfiyyat məlumatlarına malikdir və Rusiyanın hücuma hazırlaşıb-hazırlaşmadığını bilir”.

Publika.az xəbər verir ki, bu sözləri Atlantik Şurasının prezidenti, istefada olan general-mayor Vadim Qreçaninov Ukrayna mediasına açıqlamasında Rusiyanın Silahlı Qüvvələrinin iki batalyon-taktik qrupunun Ukrayna sərhədini keçməsi barədə xəbəri şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiyanın iki batalyon-taktik qrupunun Ukrayna sərhədini keçməsi Donetsk və Mariupolda separatçıları dəstəkləmək cəhdidir: “Bu iki məntəqə Rusiya üçün çox əhəmiyyətlidir. Onlar yatırırlar, hiylə işlədirlər və sair. Fikrimcə, bu hələ genişmiqyaslı hücum üçün siqnal deyil. Hərçənd genişmiqyaslı hücum da bilər. Çünki bu il qış çox mülayim keçir və ehtimal ki, Putin də havanın necə olacağını bilir. Buna görə də Rusiya hücuma başlaya bilər”.

Ukraynalı general hesab edir ki, Rusiyanın genişmiqyaslı hücumu yalnız vaxt məsələsidir.

“Mən Ukraynadakı vəziyyətlə bağlı çox narahatam. Strategiya nöqteyi-nəzərindən bizim hərbi rəhbərliyimiz sabah nə olacağını bilmir”, - Atlantik Şurasının prezidenti sonda vurğulayıb.

Qeyd edək ki, Ukrayna Anti-terror Əməliyyatının mətbuat katibi Andrey Lisenko isə bir meddət əvvəl Rusiya ordusunun hücuma keçdiyini deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm