• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Həyat yoldaşını öldürdü, qayınanası və qaynını ağır yaraladı

  • Dünya
  • 21 Yanvar 2015 01:52
  • 734 Baxış
Həyat yoldaşını öldürdü, qayınanası və qaynını ağır yaraladı

33 yaşlı kişi ayrı yaşadığı 29 yaşlı həyat yoldaşını öldürüb, 47 yaşlı qayınanasını və 18 yaşlı qaynını ağır yaralayıb.

Publika.az Türkiyə mediasına istinadən məlumat verir ki, Eskişehirdə Yenikend məhəlləsi Öztem küçəsində baş vermiş olay zamanı Soytürk Çeledir həyat yoldaşı Çiğdem Çelediri qətlə yetirdikdən sonra qayınanası Aynur Çelik və qaynı Muhammed Murat Çeliyi xəstəxanalıq edib.

İddiaya görə, 4 uşaq atası Soytürk ondan boşanmaq istəyən və bir müddətdir ki, ayrı yaşadığı həyat yoldaşını geri qaytarmaq üçün qayınanasının yaşadığı evə yollanıb. O, içəri daxil olduqdan bir müddət sonra ərlə arvad arasında mübahisə yaranıb. Bu zaman Soytürk masa arxasında oturub yemək yeyən qayınanasını, qaynını və həyat yoldaşını güllələyib. Silah səsləri eşidən qonşular dərhal polisə mulamt veriblər. Soytürk isə avtomobillə hadisə yerini tərk edib.

Başından yaralanan Muhammed Murat Çelik ilə çiynindən yaralanmış anası Aynur Çelik təcili yardımla Eskişehir Osmanqazi Universiteti Xəstəxanasına, başından və sağ ayağından yaralanmış Çiğdem Çeledir isə dövlət xəstəxanasına yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, Çiğdem Çeledirin həyatını xilas etmək mümkün olmayıb. O. xəstəxanada dünyasını dəyişib. Muhammed Murat Çelik və anası Aynur Çelik isə hələ də reanimasiya şöbəsindədirlər. Onların vəziyyətinin ağır olduğunu bildirən polis əməkdaşları sözügedən cinayəti törətmiş şəxsin yaxalanması istiqamətində müvafiq tədbirlər görüldüyünü qeyd edib.

Faktla bağlı araşdırmalar davam edir.

Vazeh

Xəbər lenti

DAHA ÇOX XƏBƏR