• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

"AirAsia" təyyarəsinin qəzaya uğramasının səbəbi açıqlandı

  • Dünya
  • 21 Yanvar 2015 02:44
  • 404 Baxış
"AirAsia" təyyarəsinin qəzaya uğramasının səbəbi açıqlandı

AirAsia şirkətinə məxsus təyyarənin qəzaya uğramasının ilkin səbəbləri açıqlanıb.

Publika.az-ın məlumatına görə, qəzaya əsas səbəb kimi, təyyarənin fırtınadan xlas olmaq üçün çox sürətlə yuxarı qalxması göstərilib. İndoneziyanın nəqliyyat naziri İgnasius Jonan deyib ki, AirAsia təyyarəsi həddən artıq sürətlə yuxarı qalxdıqdan sonra dayanıb.

“QZ8501 reysli təyyarə dəqiqədə 1828 metr sürətlə qalxırdı. Heç bir sərnişin və ya döyüş təyyarəsi bu sürətlə qalxmağa cəhd etmir”, - nazir əlavə edib.

Xatırladaq ki, Surabayadan Sinqapura uçan ”AirAsia” şirkətinə məxsus təyyarə radarların ekranından dekabrın 28-də itib. Sonradan xilasedicilər onun parçalarını Yava dənizinin dibində aşkar ediblər.

Son məlumatlara görə, qəzaya uğramış təyyarədəki 162 nəfərdən 53-nün cəsədi artıq sudan çıxarılıb. Mütəxəssislər təyyarədə həlak olanların əksəriyyətinin cəsədlərinin məhz fyuzelyajın böyük parçasında olduğunu güman edirlər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR