Avropanı siyasi zəlzələlər gözləyir - TƏDQİQAT
Bizi izləyin

Dünya

Avropanı siyasi zəlzələlər gözləyir - TƏDQİQAT

2015-ci ildə Avropanı siyasi zəlzələlər gözləyə bilər.

Publika.az xəbər verir ki, bu barədə Economist Intelligence Unit (EIU) şirkətinin BBC üçün apardığı tədqiqatda bildirlir.

Araşdırmaya əsasən, populist siyasi partiyaların artan cazibəsinə görə, onlar bəzi seçkilərdə qalib gələ bilərlər. Əsas partiyalar isə bundan əvvəl ağlasığmaz hesab olunan alyanslara girməyə məcbur ola bilər.

Şirkət hesab edir ki, elitalarla seçicilər arasındakı boşluq Avropanı "demokratiya böhranı"na sürükləyir.

"Avropa siyasətinin mərkəzində böyük ideyaların zəbt etməli olduğu yerdə böyük boşluq mövcuddur. Seçici fəallığının aşağı olması və ənənəvi partiyalara üzvlərin sayının azalması bunun əsas səbəbləridir”,- tədqiqatda deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm