• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ərdoğanın nazirləri bəraət aldı - VİDEO

  • Dünya
  • 21 Yanvar 2015 08:41
  • 475 Baxış
Ərdoğanın nazirləri bəraət aldı - VİDEO

Türkiyədə 17-25 dekabr rüşvət və korrupsiya əməliyyatları çərçivəsində tutuqları vəzifədən istefa verən sabiq daxili işlər naziri Muammer Güler, iqtisadiyyat naziri Zafer Çağlayan, Avropa Birliyi naziri Egemen Bağış və şəhərsalma naziri Erdoğan Bayraktar haqqında ittihamların Ali Məhkəməyə göndərilməsi təklifi Türkiyə Böyük Millət Məclisi (TBMM) tərəfindən rədd edilib.

Publika.az xəbər verir ki, Egemen Bağış barədə keçirilən səsvermədə 517 millət vəkili iştirak edib. Səsvermədə 245 lehində, 255 əleyhində, 7 bitərəf səs verilib və 4 səs etibarsız olub. Bu nəticəyə görə, Egemen Bağış Ali məhkəməyə göndərilməyəcək.

Muammer Güler barədə səsvermədə 513 millət vəkili iştirak edib. Səsvermədə 241 lehində, 258 əleyhində, 4 boş səs verilib və 4 səs etibarsız sayılıb. Güler də həmkarı kimi Ali məhkəmədən canını qurtara bilib.

Zəfər Çağlayan barədə keçirilən gizli səsvermədə 517 millət vəkili iştirak edib. Sabiq nazirin Ali məhkəməyə göndərilməsinin lehində 242, əleyhində 264 səs verilib. 7 millət vəkili bitərəf, 1 səs boş, 3 səs isə etibarsız sayılıb və nəticə Çağlayanın xeyrinə olub.

Sabiq nazir Çəfər Çağlayanın da Ali məhkəməyə göndərilməsini təklif edən qərar 219-a qarşı 288 səslə qəbul olunmayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR