Obama: “Putinin təcavüzü emalatxana strategiyası və gücün nümayişidir”
Bizi izləyin

Dünya

Obama: “Putinin təcavüzü emalatxana strategiyası və gücün nümayişidir”

“Biz Amerika diplomatiyasının gücünü göstəririk. Biz o prinsipə sadiqik ki, böyük ölkələr kiçik ölkələri sıxışdıra bilməz”.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Barak Obama Konqresdə Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı etdiyi çıxışında deyib.

Rusiya təcavüzünə qarşı durduqlarını və Ukraynada demokratiyanı dəstəklədiklərini deyən prezident NATO-dakı müttəfiqlərini də sakitləşdirdiklərini bildirib.

Obama xatırladıb ki, ötən il ABŞ müttəfiqlərlə birlikdə Rusiyaya qarşı sanksiyaların tətbiqi üzrə “ağır iş” aparıb: “Putinin təcavüzü emalatxana strategiyası və gücün nümayişidir. Biz müttəfiqlərimizlə möhkəm və həmrəy olduq. Rusiya artıq təcrid edilib və onun iqtisadiyyatı dəhşətli vəziyyətdədir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm