Lavrov: “Gümrü olayını siyasiləşdirmək istəyirlər”
Bizi izləyin

Dünya

Lavrov: “Gümrü olayını siyasiləşdirmək istəyirlər”

Bir ailənin qətlə yetirildiyi Ermənistanın Gümrü vilayətindəki faciəni siyasiləşdirmək cəhdi yolverilməzdir. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Rusiyalı nazir çərşənbə günü mətbuat konfransında deyib: "Biz bu hadisənin siyasiləşdirilməsinə cəhdlər edildiyini görürük. Həmin cəhdlər nə Ermənistan, nə də Rusiya rəhbərliyindən irəli gəlir. Bir çox arzu edənlər yenə də bu faciədən hansısa geosiyasi üstünlük əldə etmək üçün istifadə edirlər. Bu, yolverilməzdir”.

Lavrov qeyd edib: "Biz bu cinayətin cəzasız qalmaması, günahkarın ən ciddi şəkildə cəzalandırılması üçün hər şeyi edəcəyik və bundan sonra bir daha belə hadisənin baş verməməsindən ötrü əlimizdən gələni əsirgəməyəcəyik”.

O əlavə edib ki, bu hadisədən Rusiya-Ermənistan münasibətləri “zərər çəkmir".

Lavrov müttəhim üzərində məhkəmə prosesinin maksimum açıq keçiriləcəyinə və adekvat hökm çıxarılacağına əmin olduğunu da bildirib: "Biz məhkəmə prosesinin Ermənistan ərazisində keçiriləcəyini, onun maksimum açıq, birgə aparılacağını təsdiqləyirik. Əminəm ki, məhkəmə tezliklə cəld və adekvat hökm, törədilən dəhşətli cinayətə uyğun qərar çıxaracaq”.

Qeyd edək ki, yanvarın 12-də Ermənistanın Gümrü şəhərində 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Qətli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakov törədib. Rusiya sərhədçiləri tərəfindən ələ keçirilən V.Permyakov artıq günahını etiraf edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm