Türkiyədən qaçıb İŞİD-i qurdu
Bizi izləyin

Dünya

Türkiyədən qaçıb İŞİD-i qurdu

İŞİD terror təşkilatının Pakistandakı güclərinin komandiri olduğu deyilən Yusuf əl-Sələfi ölkənin şərqində yerləşən Lahor şəhərində həbs olunub.

Publika.az xəbər verir ki, “Reuters” informasiya agentliyinə danışan bir mənbə əl-Sələfinin Türkiyədən qaçdığını bildirib.

Mənbə qeyd edib ki, Suriyadan Türkiyəyə keçən əl-Sələfi tutulub və beş ay əvvəl Türkiyədən Pakistana qaçaraq burada İŞİD-i qurub. Eyni mənbə Pakistan əsilli suriyalı əl-Sələfinin cinayətkar yoldaşı Hafiz Tayyibin Lahorda imamlıq etdiyini və Pakistandan İŞİD sıralarında döyüşmək üçün Suriyaya göndərdiyi hər bir nəfər üçün təşkilatdan 600 dollar aldığını deyib.

Əl-Sələfi təhlükəsizlik güclərinə verdiyi ifadəsində İŞİD-in Pakistandakı nümayəndəsi olduğunu etiraf edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm