Bərzani İŞİD-ə qarşı əməliyyata başçılıq edir
Bizi izləyin

Dünya

Bərzani İŞİD-ə qarşı əməliyyata başçılıq edir

Şimali İraq regional kürd rəhbərliyinin peşmərgə gücləri İŞİD terror təşkilatı üçün həyati əhəmiyyət daşıyan əlaqələri kəsib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, kürdlərin “Rudaw” saytı peşmərgənin Təlafər-Mosul- Şengal qovşağı üzərində nəzarəti ələ keçirdiyini bildirib.

Məlumata görə, Şimali İraq regional kürd rəhbərliyinin başçısı Məsud Bərzani Baş komandan olaraq İŞİD-ə qarşı əməliyyatlara birbaşa rəhbərlik edir. “Rudaw” saytı peşmərgə güclərinin bu gün səhər saatlarında başlayan döyüşdə ilk dəfə bəzi ağır silahlardan istifadə etdiyini yazıb.

Yeddi kəndin də qaytarıldığı əməliyyatın Şengal ilə Mosulun azad edilməsi üçün böyük əhəmiyyət daşıdığı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm