Putin buna nə deyəcək?
Bizi izləyin

Dünya

Putin buna nə deyəcək?

“Kiborq”lar Ukraynanın Donetsk aeroportunda Rusiya xüsusi təyinatlı dəstəsinin əsgərini əsir götürüb.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə Lvovdan olan jurnalist Nikolay Savalyev “Facebook” səhifəsində yazıb.

“Kiborq”ların əllərinə Rusiyanın Kalininqrad vilayətində yerləşən xüsusi təyinatlı dəstəsinin döyüşçüsü düşüb. Onun üzərindən sənədlər götürülüb. O, hazırda ifadə verir. Bundan sonra Ukraynada rus qoşununun olmadığını iddia etmək cənab Putin üçün olduqca çətin olacaq. Əsgərin fotosunu bir neçə saat sonra yerləşdirəcəm”, - jurnalist qeyd edib.

Qeyd edək ki, Donbas hövzəsində Rusiya qoşunlarının olması barədə Ukraynanın bütün iddiaları Moskva tərəfindən rədd edilir. Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında Rusiya hərbçilərin Donbas hövzəsində olmasını sübut edəcək konkret faktların göstərilməsini istəyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm