Fransa anti-terror əməliyyatları üçün əlavə vəsait ayırır
Bizi izləyin

Dünya

Fransa anti-terror əməliyyatları üçün əlavə vəsait ayırır

Fransa Baş naziri Manuel Valls ölkədə anti-terror tədbirlərinin keçirilməsi məqsədilə büdcədən 425 milyon avro həcmində vəsaitin ayrılacağını və 2680 yeni iş yeri yaradılacağını bəyan edib.

Publika.az-ın məlumatına görə, O deyib ki, bu addımların atılması artan terror təhlükəsinin öhdəsindən gəlmək üçün vacibdir.

Baş nazir əlavə edib ki, hazırda Fransada anti-terror tədbirləri çərçivəsində 3000 nəfərə nəzarət etmək ehtiyacı yaranıb.

Baş nazir Fransa hökumətinin Paris hücumlarından sonra anti-terror tədbirləri planından danışıb.

Bundan əvvəl prokurorluq hücumlara görə ittiham edilmiş dörd nəfər barədə məlumat yayıb.

Onlardan üç nəfər Parisdə yanvarın 8-də yəhudi supermarketinə hücum etmiş Amedy Coulibaly-nin silahlandırılmasında iştirak ediblər.

Paris prokuroru Francois Molins anti-terror strategiyası çərçivəsində Türkiyə, İspaniya və Belçika rəsmilərilə əməkdaşlığın davam edəcəyini bildirib.

Baş nazir Manuel Valls əlavə vəsaitin təhlükəsizlik qüvvələrinin daha yaxşı avadanlıqla təchiz olunmasına xərclənəcəyini bildirib.

Paris hücumlarından sonra Fransa ölkə ərazisində məktəb, sinaqoq və məscidlər də daxil ictimai yerləri qorumaq üçün əlavə olaraq 10 000 əsgəri qüvvə yerləşdirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm