• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Obama: İqtisadi tənəzzül bitib, Rusiya təcrid olunub

  • Dünya
  • 22 Yanvar 2015 05:02
  • 380 Baxış
Obama: İqtisadi tənəzzül bitib, Rusiya təcrid olunub

ABŞ prezident Barack Obama ölkəsində iqtisadi böhranın sonlandığını, Rusiya iqtisadiyyatının isə təcrid olunduğunu elan edib.

"Ötən il biz müttəfiqlərimizlə sanksiyalara başlayaraq ağır işin öhdəsindən gəldik. O zaman bəziləri deyirdi ki, cənab Putinin aqressiyası strateji güc və düşüncənin usta göstərişidir. Amma indi belədir: hazırda Amerika güclüdür, müttəfiqləri ilə eyni fikirdədir, amma Putinin iqtisadiyyatı isə baş-ayaq olub", - Amerika prezidenti deyib.

"Biz böyük ölkələrin kiçikləri qorxuda bilməməsi prinsipini əsas götürürük. Biz Rusiya aqressiyasına qarşı gəlirik. Ukraynada demokratiyanı dəstəkləyirik və NATO üzrə müttəfiqlərimizi həvəsləndiririk", - Obama əlavə edib.

Administrasiyasının xarici siyasətinin uğurlarını qeyd edən Obama, Rusiyanın Krımı birləşdirməsi və Ukraynanın şərqində separatçıları dəstəkləməsinə görə kənarlaşdırılmasını misal gətirib.

Siyasətdən çox dəyərlərə yönələn çıxışda, Obama Amerikanın depressiya dövründən sonra ən pis iqtisadi tənəzzül dövrünün bitdiyini bildirib. O, çalışan ailələrə xitabən deyib ki, onun strategiyası "orta təbəqə" üçündür.

"15 il sonra harada olacağımızı bilmək üçün indidən seçim etməliyik. Orta təbəqə iqtisadiyyatı xeyirlidir. İmkanları genişləndirmək xeyirlidir. Bu siyasət başqa problem yaranmayana qədər işləyəcək", - o vurğulayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR