Peskov: "Qərb Rusiyanı təcrid edib, Putini devirməyə çalışır"
Bizi izləyin

Dünya

Peskov: "Qərb Rusiyanı təcrid edib, Putini devirməyə çalışır"

Ukraynadakı böhran fonunda Putinin devrilməsində maraqlı olan Qərb ölkələri Rusiyanın iqtisadi boğulmasına yönələn addımlarını davam etdirirlər.

Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın "Arqumentı i faktı" qəzetinə müsahibəsində deyib.

"Qərbdə Putini Ukrayna ilə münaqişədə tərəf kimi göstərməyə, onu beynəlxalq siyasətdə təcrid etməyə, öz maraqlarından irəli gələrək Rusiyanı iqtisadi yolla boğmağa, Putinin devrilməsinə cəhd göstərirlər. Bununla yanaşı ondan qonşu ölkədəki münaqişənin tənzimləməsini tələb edirlər", - Peskov əlavə edib.

Peskovun sözlərinə görə Ukraynadakı hadisələr beynəlxalq əlaqələr və bir çox cəhətdən beynəlxalq diplomatiyadan maskaları çıxarıb.

Rusiya rəsmisi deyib ki, Putin Merkelin çağırmadığı “Boyük Yeddilər” sammitinə heç də dəvət gözləmir və bu zirvə görüşü formatının məqsədəuyğun olması belə suallar doğurur.

Bununla yanaşı Peskov əlavə edib ki, Ukrayna böhranı olmasa da Qərb Rusiya ilə əlaqələri çətinləşdirib, korlamaq üçün bəhanə tapacaqdı.

"Əminəm ki, Qərb bizdən heç bir zaman əl çəkməyəcək. Və məsələ Krımla Ukraynada deyil", Peskov vurğulayıb.

ABŞ-ın Rusiyadakı səfiri John Tefft isə deyib ki, ölkəsinin Rusiya ilə bağlı siyasəti və sanksiyalar Putini devirmək yox, Moskvanı Ukrayna ilə bağlı tutduğu mövqeyini dəyişdirməyə məcbur etmək məqsədi daşıyır.

"Biz Rusiya hökumətini yox, onun siyasətini dəyişdirməyə çalışırıq", - səfir cavab verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm