Leonid Kuçmadan Kremlə: “Axmaq da bilir ki…”
Bizi izləyin

Dünya

Leonid Kuçmadan Kremlə: “Axmaq da bilir ki…”

“Rusiya bu gün öz ordusunu Ukraynaya açıq şəkildə daxil etməyəcək”.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın sabiq prezidenti Leonid Kuçma bildirib.

“Rusiya öz qoşunlarını Ukraynaya açıq şəkildə daxil etməyəcək. Rusiya nizami qoşununun Ukraynada olmasını indiyə kimi etiraf etmir. Amma bu gün axmaq da bilir ki, bütün baş verən Rusiya hərbçiləri olmadan mümkün deyil”, - Leonid Kuçma vurğulayıb.

Sabiq prezident Rusiya prezidenti Vladimir Putinin bir neçə gün əvvəl ukraynalı həmkarı Pyotr Poroşenkoya göndərdiyi məktubu diplomatik hiylə adlandırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm