Davudoğlu da “one minute” dedi - VİDEO
Bizi izləyin

Dünya

Davudoğlu da “one minute” dedi - VİDEO

“Əgər Fələstində yenidən bir təzyiq istəmiriksə, “one minute” deməyə davam etməliyik”.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu Davos İqtisadi Forumu çərçivəsində ərəb dünyasının nümayəndələri ilə görüşündə deyib.

“Əminəm ki, Davosdakı “one minute” hadisəsini unutmamısınız. Əgər Fələstində yenidən bir təzyiq istəmiriksə, “one minute” deməyə davam etməliyik. Qüdsün etibarı bizim etibarımızdır və bunu qorumağa davam edəcəyik”, - Davudoğlu bildirib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2009-cu ildə (həmin vaxt baş nazir idi) Davos İqtisadi Forumunda keçirilən toplantıda İsrail prezident Şemon Peresə sərt sözlər deyərək İsrailin apardığı siyasəti kəskin tənqid etmişdi. Bunun ardınca çıxışı zamanı moderatorun ona verdiyi qısa danışıq vaxtından şikayətlənən Ərdoğan “one minute”, “one minute”. Siz danışmağa imkan vermirsiz... Bu gündən etibarən mənim üçün Davos bitmişdir”, - deyərək toplantı salonunu tərk etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm