• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Sağ sektor” Kiyevi "azad etməyə" hazırlaşır

  • Dünya
  • 14 Fevral 2014 17:55
  • 537 Baxış
“Sağ sektor” Kiyevi "azad etməyə" hazırlaşır

Ukrayna millətçilərinin “Sağ sektor” təşkilatı Kiyevin Qruşevski küçəsini azad etməyə hazırlaşır.

Publika.Az –ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə bəyanat təşkilatın “Vkontakte” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

“Bu gün bizim tələbimiz ilə həbs olunan son nümayişçi də azad edildi. Bununla əlaqədar olaraq “Sağ sektor” Qruşevski küçəsində nəqliyyat vasitələrin hərəkətinin bərpasına imkan yaratmağa hazırlaşır. Biz həmçinin qardaşlarımıza qarşı açılan bütün cinayət işlərinin təcili bağlanmasını tələb edirik”, - bəyanatda deyilir.

Qeyd edək ki, dünən Kiyev prokuroru Nikolay Beskişki həbs olunanların cinayət məsuliyyətindən azad edilməsi üçün Qruşevski və digər bütün mərkəzi küçələrin azad olunmasının vacib olduğunu bildirmişdi.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR