Dünya
Hərbi ekspert: “Bu, Putin üçün olduqca bahalı olar”
“Ukraynanın şərqində hərbi əməliyyatların aktivləşməsi sülh danışıqlarında üstünlüyü ələ almağa hədəflənib”.
Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə müstəqil hərbi ekspert Anatoli Pavlenko bildirib.
Rusiyanın Ukrayna ilə genişmiqyaslı müharibəyə başlama ehtimalına gəlincə, hərbi ekspert bunun Moskva üçün olduqca bahalı olacağını deyib: “Putin, sadəcə olaraq, üstünlüyü ələ almaq, bizi qorxutmaq və danışıqlarda öz şərtlərini diktə etmək istəyir. Moskva genişmiqyaslı müharibəyə hazır deyil”.
Anatoli Pavlenko Ukraynada 20 yanvar tarixində başlayan səfərbərliyin növbəti dalğasının gecikdiyini deyib: “Biz səfərbərliklə gecikdik. Səfərbərlik yanvarın 20-də başlanıb. Bu isə o deməkdir ki, hərbçilərimiz ən yaxşı halda aprel ayında döyüş əməliyyatlarına hazır olacaqlar. Moskva gözləyəcəkmi ki, hərbçilərimizi səfərbər edək, hazırlayaq və silahlandıraq? Moskvanı təcavüzkar siyasətdən yalnız güc dayandıra bilər. Danışıqlar masasında gücün nümayişi olmalıdır”.
Bu gün rusiyalı politoloq Stanislav Belkovski da bildirib, Putin müəyyən şərtlərlə müharibəni dayandırmağa hazırdır.
Ömər Dağlı
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middletonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək