Dünya
Ata ondan polisə şikayət edən qızını öldürdü
55 yaşlı ata ondan polisə 7 dəfə şikayət etmiş 17 yaşlı qızını qətlə yetirib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İsmayıl Yağmur qızı P.Y.-ni 8 bıçaq zərbəsilə öldürüb və buna görə peşman olmadığını bildirib.
Adana Huzurevləri məhəlləsində yaşayan və Seyhan Bələdiyyəsi Park və Bağçalar Müdirliyində çalışan İsmayıl Yağmur mütəmadi olaraq qızını dərslərini oxumadığı, çox gəzdiyi, eləcə də oğlanlarla dostluq etdiyi üçün danlayıb. Gənc qız isə atasının ona psixoloji təsir etdiyini, daim basqı altında saxladığını iddia edərək bu barədə polisə məlumat verib, valideynindən düz 7 dəfə şikayət edib. Bundan sonra polis idarəsinə çağırılan ata hər dəfə ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Qız isə keçən həftə yetişdirmə yurduna yerləşdirilib.
Qızını evə dönməyə razı salmağa çalışmayan ata təsadüfən qızını internet kafenin qarşısında görüb. Lakin nədənsə bu dəfə o, qızı məcburi şəkildə evə aparmağa cəhd göstərib. P.Y.-nin qolundan tutub çəkməyə çalışan atanın hərəkəti qızına pis təsir etdiyindən onlar arasında mübahisə yaranıb. Əsəbiləşən ata qızına 8 bıçaq zərbəsi endirib. Ağır yaralanan P.Y. xəstəxanaya yerləşdirilib. Qız xəstəxanada dünyasını dəyişib.
Ata isə qızını bıçaqladıqdan sonra hadisə yerindən qaçıb. Onun axtarışına çıxan polis əməkdaşları qısa müddətdə İsmayıl Yağmuru yaxalamağa müvəffəq olub. İsmayıl qeyd edib ki, qızının hərəkətləri onu özündən çıxarıb: «O, dərslərini oxumur, daim küçələrdə gəzir, oğlanlarla dostluq edirdi. Bu isə məni özümdən çıxarırdı. Artıq ona sözümü keçirə bilmirdim. Məndən polisə şikayət etdi, daha sonra isə evdən gedib yetişdirmə yurduna yerləşdi. Düzdür, ilk öncə onun evə dönməsini istəmirdim. Lakin bu cür vəziyyət çox davam edə bilməzdi. Odur ki, ondan evə qayıtmasını tələb etdim. Etiraz etdi və «Sən mənim işimə qarışa bilməzsən» dedi. Bu zaman əsəbimdən özümə yer tapa bilmirdim. Onu bıçaqladım. Peşman deyiləm».
Faktla bağlı araşdırmalar davam edir.
Vazeh
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA