Putin Donbasa “qızıl ehtiyatı”nı göndərdi
Bizi izləyin

Dünya

Putin Donbasa “qızıl ehtiyatı”nı göndərdi

“Rusiya prezidenti Vladimir Putin Donbas hövzəsinə özünün “qızıl ehtiyatı”nı atır”.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə rusiyalı hüquq müdafiəçisi Yelena Vasilyeva TSN kanalına müsahibəsində bildirib.

“Rusiya hərbçilərindən əldə etdiyim məlumata görə, Putin Ukraynaya özünün son ehtiyatını, “qızıl ehtiyat”ını atır. Bunlar xüsusi olaraq öyrədilmiş elit xüsusi təyinatlı bölmənin əsgərləridir”, - hüquq müdafiəçisi deyib.

Onun sözlərinə görə, Ukraynanın şərqində döyüşlər zamanı 6 mindən çox rusiyalı həlak olub. Hüquq müdafiəçisi son günlərdə ölənlərin sayının isə 382 nəfər olduğunu deyib. Bundan başqa, o, Rusiya Federasiyası ordusunda problemlərin yarandığını, müqavilə əsasında qulluq edən hərbçilərin pulunun ödənilmədiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm