Donetskdə əsir “kiborqlar”ın “parad”ı keçirildi - VİDEO
Bizi izləyin

Dünya

Donetskdə əsir “kiborqlar”ın “parad”ı keçirildi - VİDEO

Donetsk şəhərinin küçələrində Donetsk aeroportunda əsir götürülən Ukrayna hərbçilərinin “parad”ı keçirilib.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, Donetsk sakinlərinə şəhərə açılan atəşlərdə məhz “kiborqlar”ın günahkar olduğu bildirilib.

Məlumata görə, “paradı" təşkil etmək ideyası Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenkoya məxsusdur. “Bütün əsirlər aeroportdan insanların həlak olduğu dayanacağa qədər piyada keçəcəklər", - Zaxarçenko deyib.

Qeyd edək ki, bu gün Donetskdə avtobus dayanacağı vurulub. Hadisə nəticəsində 13 dinc sakin həlak olub. Ukrayna tərəfi raketin separatçıların nəzarət etdiyi ərazidən atıldığını iddia edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm