Hüsnü Mübarəkin oğullarına bəraət
Bizi izləyin

Dünya

Hüsnü Mübarəkin oğullarına bəraət

Misir məhkəməsi keçmiş prezident Hüsnü Mübarəkin oğulları Ala və Camalın azad edilməsi və işə yenidən baxılması barədə qərar verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, təkrar məhkəmə təhqiqatının nə vaxt başlanacağı açıqlanmayıb.

Qeyd edək ki, keçmiş dövlət başçısı 2014-cü ilin mayında dövlət vəsaitlərini qanunsuz mənimsəməkdə ittiham olunaraq üç il azadlıqdan məhrum edilib. Onun oğlanları da analoji ittihamlarla dörd il azadlıqdan məhrum ediliblər. Hüsnü Mübarək həmçinin Qahirədə nümayişçilərin qətlində iştirakda ittiham edilirdi. Məhkəmə prosesinin gedişatında keçmiş dövlət başçısı və oğullarına qarşı irəli sürülən ittihamlar rədd edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm