NATO Rusiya ilə hərbi əlaqələrini bərpa etmək istəyir
Bizi izləyin

Dünya

NATO Rusiya ilə hərbi əlaqələrini bərpa etmək istəyir

NATO qüvvələri və Avropada ABŞ qoşunlarının komandanı general Filip M. Breedlove Rusiya hərbiyyəsilə alyansın rabitə kanallarını bərpa etmək niyyətində olduğunu bildirib.

Publika.az xəbər verir ki, Filip Breedlove Rusiya Baş qərargahının rəsi general Valeri Gerasimovla əlaqələri bərpa etmək istədiyini bəyan edib.

"Bizim aramızda kommunikasiya xəttləri açıq olub, generalla mən hətta Krıma müdaxilə baş verdikdən sonra da danışırdım", - RİA Novosti NATO qüvvələri komandanının sozlərini sitat gətitrib.

Bundan əvvəl NATO qüvvələri komandanı general Filip M. Breedlove xüsusilə Baltikada alyans tərəfindən keçirilən hərbi təlimlərin intensivliyinin artırılacağını bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm