Dünya
Yəməndə hökumət istefa verdi
Paytaxt Sənada prezident sarayının Husilər tərəfindən tutulmasından sonra Yəməndə hökumətin istefa verdiyi xəbəri yayıldı.
Publika.az-ın “Anadolu” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, adının açıqlanmasını istəməyən yüksək vəzifəli hökumət səlahiyyətlisi hökumətin istefa ərizəsini prezident Abdurabbu Mansur Hadiyə təqdim etdiyini bildirib.
Xatırladaq ki, yanvarın 20-də hakimiyyətə qarşı çıxan Husi tayfasının döyüşçüləri paytaxt Sənadakı prezident sarayını ələ keçirib. Dünən isə Yəmən prezidenti üsyançıların tələblərini qəbul edib. Şiə qruplaşmasının tələbləri konstitusiyadakı “səhvlər”in düzəldilməsi ilə bağlıdır. O, Milli Dialoq üzrə Konqresin qərarlarının həyata keçirilməsini sürətləndirməyi və təhlükəsizliklə bağlı problemləri dərhal həll etməyi tələb edib.
Qeyd edək ki, Yəmən Milli Dialoq üzrə Konqresin baş katibliyi bu həftədə yeni konstitusiya layihəsinin əsas müddəalarını dərc edib. Dəyişikliklərdə Yəmənin dördü şimal və ikisi cənub olmaqla altı regiondan ibarət federativ dövlətə çevrilməsini nəzərdə tutur. Dövlətin paytaxtı Səna xüsusi statusa malik olacaq və regionlardan heç birinin tərkibinə daxil olmayacaq.
Ömər Dağlı
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO