Rusiya bir həftədə 7 milyard dollar itirdi
Bizi izləyin

Dünya

Rusiya bir həftədə 7 milyard dollar itirdi

Rusiyanın qızıl-valyuta ehtiyatları yanvarın 9-dan 16-dək 6,8 milyard dollar azalaraq 379,4 milyard dollar təşkil edib.

Publika.azlenta.ru” saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının xəbərində deyilir.

Rusiyanın qızıl-valyuta ehtiyatları 2014-cü ilin dekabr ayı ilə müqayisədə 33,42 milyard dollar azalıb. Rusiya Mərkəzi Bankının məlumatına görə, 2014-cü il yanvar ayının sonunda ölkənin beynəlxalq ehtiyatları 498,9 milyard dollar təşkil etdiyi halda, ilin sonunda bu 398,9 milyard dollar olub. Bu isə bir il ərzində ölkənin valyuta ehtiyatlarının 100 milyard dollar azalması deməkdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm