Türkiyə Kuaşi qardaşlarının yaxın adamını təhvil verdi
Bizi izləyin

Dünya

Türkiyə Kuaşi qardaşlarının yaxın adamını təhvil verdi

Türkiyə Parisdə “Cahrlie Hebdo” jurnalına hücumu təşkil edən Səid və Şərif Kuaşi qardaşlara yaxın olduğu deyilən bir Fransa vətəndaşını ölkəsinə təhvil verib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, “qırmızı bülleten”lə axtarılan 29 yaşındakı Fransa vətəndaşı həyat yoldaşı və 20 aylıq uşağı ilə birlikdə yanvarın 2-də Türkiyədə polis tərəfindən saxlanılıb.

Terrorçunun həyat yoldaşının da Fransa xüsusi xidmət orqanları tərəfindən sorğulandığı bildirilir. Xəbərdə qeyd olunub ki, Türkiyə Fransa hökuməti tərəfindən adları açıqlanan çoxlu sayda cihadçı terrorçunu son vaxtlar bu ölkəyə qaytarıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm