Kılıcdaroğlu Gülənlə əlaqələrindən danışdı
Bizi izləyin

Dünya

Kılıcdaroğlu Gülənlə əlaqələrindən danışdı



"İndiyədək Gülən camaatı ilə heç bir yaxınlığımız və əlaqəmiz olmayıb. Sadəcə olaraq indi bu cür görüntü yaratmaq istəyənlər var".

Publika.Az-ın məlumatına görə, bu fikirləri Türkiyənin ana müxalifəti sayılan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu nüfuzlu "Uall Strit Cörnal" jurnalına müsahibəsində bildirib.

Keçmiş və indiki mövqeyi arasında heç bir fərqliliyin olmadığını vurğulayan K.Kılıçdaroğlu deyib: "Seçkilərdə partiyamızın İstanbul və Ankaradan da iddialı namizədi var. Sadəcə olaraq biz hələlik onların adlarını açıqlamırıq. Bəzi yerlərdə Peşə Ehtiyacı Təşkilatının (red: türkcə: Mesleki Yeterlilik Kurumu) müvafiq qərarı var. Yəni, biz ən demokratik metoddan istifadə edirik. Peşə Ehtiyacı Təşkilatı tərəfindən təyin olunmuş namizədlərin adları ilə bağlı müzakirələr oldu. Mən bu müzakirələri də təbii qarşılayıram. Yeni üzvlərin siyasətə gətirilməsi lazımdır. Artıq yeni simalara da yol açmaq zəruridir".

Prezidentliyə namizədlərlə bağlı məsələni də şərh edən CHP lideri bildirib: "Partiyamızdan prezidentliyə potensial namizədlər çoxdur. Ancaq həmin adları indi açıqlamaq doğru çıxmaz".


Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm