Dünya
Yeni kraldan Putinə bəd xəbər: siyasət dəyişməyəcək
Səudiyyə Ərəbistanının yeni kralı Salman bin Əbdüləziz sələfinin siyasətini davam etdirəcək.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yeni kral Səudiyyə Ərəbistanının televiziyasının efirində çıxışı zamanı bildirib.
Qeyd edək ki, bir müddətdir sətəlcəmdən müalicə olunan Səudiyyə Ərəbistanı Kralı Abdullah bin Əbdüləziz gecə saatlarında dünyasını dəyişib. Kral Divanı birinci vəliəhd və müdafiə naziri şahzadə Salman bin Əbdüləzizin yeni kral olduğunu, ikinci vəliəhd Şahzadə Mukrimin isə birinci vəliəhd olduğunu elan edib.
Əlavə edək ki, mərhum kralın Rusiya ilə münasibətləri yaxşı deyildi və o, neft qiymətlərinin azaldılmasının əsas təşəbbüskarlarından hesab olnurdu.
Ömər Dağlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!