• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Ekspert: “Poroşenkonun taktikası Putinin lehinə işlədi”

  • Dünya
  • 23 Yanvar 2015 15:08
  • 370 Baxış
Ekspert: “Poroşenkonun taktikası Putinin lehinə işlədi”

“Donbas hövzəsində Ukraynanın seçdiyi passiv müdafiə taktikasının uğursuz olduğu şübhəsizdir”.

Publika.az Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə Kiyev Milli Universitetinin professor, beynəlxalq hüquq məsələləri üzrə mütəxəssis Qriqori Perepelitsa Ukraynanın şərqində gedən son döyüşləri şərh edərkən deyib.

“Baş qərargah Poroşenkonun sülh planını icra edərək passiv müdafiə taktikasını reallaşdırır. Bu taktika hərbi nöqteyi-nəzərdən tamamilə uğursuzdur. Biz təşəbbüsü rəqibə verdik və belə olan halda yüksək döyüş bacarığı olan bölmələrin itkiləri qaçılmazdır”, - o əlavə edib.

Qriqori Perepelitsa əmindir ki, Kiyevin müdafiə taktikası aktiv hücum əməliyyatlarının aparılması üçün Putin və Rusiya üçün əlverişlidir: “Faktiki olaraq, onlar bizi öz ərazimizdə sıxırlar. Bizim döyüş hərəkətlərimiz diplomatiyanın maraqlarına tabe edilib, amma əksinə olmalıdır. Diplomatiyanı yalnız cəbhədəki müvəffəqiyyət möhkəmləndirir. Əgər cəbhədə uduzuruqsa, diplomatiyada da uduzacağıq”.

Onun sözlərinə görə, Donetsk aeroportunun itirilməsi Minsk formatının dağılmasına gətirib çıxaracaq.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR