Sevgilisi ilə birlikdə ərini qətlə yetirdi, fahişəliyə məcbur edildi, ömürlük həbs cəzası aldı
Bizi izləyin

Dünya

Sevgilisi ilə birlikdə ərini qətlə yetirdi, fahişəliyə məcbur edildi, ömürlük həbs cəzası aldı

22 yaşlı qadın sevgilisinə görə 27 yaşlı həyat yoldaşını qətlə yetirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ailəsi ilə birlikdə Qaziantepdə yaşayan Nurcan Akay əri Bülent Akayı öldürdüyü üçün məhkəmə qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, baş vermiş cinayət hadisəsinə görə adıçəkilən qadının 29 yaşlı sevgilisi Resul Kurtaran ömürlük, bu işdə onlara yardım etmiş Ali Baran isə 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Sözügedən olayı araşdıran hüquq mühafizə orqanlarının əməkdaşları müəyyənləşdiriblər ki, sevgilisindən ötrü ərini qətlə yetirən qadın Resul Kurtulan tərəfindən fahişəliyə məcbur edilib.

İstintaq materiallarında qeyd olunur ki, Bülent Akay 2009-cu ildə xalası qızı Nurcan Akay ilə evlənib. Bu evlilikdən onların 1 övladı dünyaya gəlib. 15 mart 2012-ci il tarixdə isə Bülent itkin düşüb. Onu nə qədər axtarsalar da, tapmaq mümkün olmayıb. Məhz bundan sonra polis əməkdaşları axtarışların əhatə dairəsini genişləndirib. Məlum olub ki, Bülent itkin düşdükdən sonra onun həyat yoldaşı Nurcan ailə həyatı qurmamışdan öncə münasibətdə olduğu Resul Kurtaranla birlikdə yaşamağa başlayıb. Elə bu səbəbdən də hüquq-mühafizə orqanları Bülentin öldürüldüyündən şübhələniblər. İstintaq zamanı ortaya çıxan şahidlər də Bülentin arvadı və onun sevgilisi tərəfindən qətlə yetirildiyini bildiriblər.

Bundan sonra polis Nurcanı izləməyə başlayıb. Araşdırmaların nəticəsində bəlli olub ki, o, Resulla birlikdə Suriyaya qaçmağı planlaşdırıb. Polis sevgililəri və onların dostları Ali Baranı Suriya ilə sərhəddə yerləşən Kilis deyilən ərazidə yaxalayıb. Onlar polisə verdikləri ifadələrində Bülenti qətlə yetirdiklərini və cəsədini quyuya atdıqlarını etiraf ediblər. Polis həmin ərazidə qətlə yetirilmiş şəxsin cəsədini tapsa da, artıq meyit cürümüşdü. Bu səbəbdən də Bülentin bədəninin yalnız bəzi hissələri tibbi ekspertizaya təqdim olunub.

Qəsdən adamöldürmə maddəsilə barələrində cinayət işi açılmış sevgililər və onların dostları 2-ci Ağır Cəza Məhkəməsi qarşısına çıxarılıb. Məhkəmə istintaqı zamanı məlum olub ki, Bülent Akay işdən evə gəldikdən bir müddət sonra yuxuya gedib. Həmin vaxt evə daxil olan Resul Kurtaran Nurcan Akayın köməkliyilə Bülenti zərərsizləşdirib, onun üzünə yastıq tutub və bir əl atəş açıb. Nəticədə Bülent hadisə yerində dünyasını dəyişib. Mərhumun cəsədi isə 2 gün sonra Ali Barının yardımı ilə yaxınlıqdakı quyuya atılıb.

Bildirilir ki, Nurcan cinayət hadisəsindən sonra uşağı ilə birlikdə qayınatasının evinə gəlib və ərinin itkin düşdüyünü deyib. Nurcanın sevgilisi Resul Kurtaran isə bu vaxt Mersinə gedib və oradan Bülentin mobil telefonu ilə onun bəzi dostlarına «Məni axtarmayın. Artıq öz həyatımı yaşayacam» məzmunlu ismarıc göndərib.

İttihamnaməyə görə, Bülentin ölümündən bir müddət sonra Resul Kurtaran sevgilisi Nurcanı fahişəliyə məcbur edib, bu yolla pul qazanıb.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm