Gürcüstanın daxili işlər naziri istefa verdi
Bizi izləyin

Dünya

Gürcüstanın daxili işlər naziri istefa verdi

Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze istefa verib.

Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, bu barədə sabiq nazirin özü bildirib.

A.Çikaidze qeyd edib ki, istefa barədə qərar verməsinin səbəbi 2006-cı ildə öldürülən Zurab Vazaqaşvilinin qətlinin iştirakçılarını gizlətməsi ilə bağlı ona qarşı irəli sürülən ittihamlardır.

“İstefa haqqında xahişlə baş nazirə müraciət etmək istəyirəm. Mənim qərarım onunla bağlıdır ki, guya Zurab Vazaqaşvilinin qətlinin iştirakçılarını gizlədirəm. Baxmayaraq ki, bu ittiham həqiqətə uyğun deyil, mən mənəvi məsuliyyət hiss edirəm və tutduğum postu tərk edirəm”, - A.Çikaidze qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm