• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Putinin qırğına göndərdiyi vətəndaşlar...

  • Dünya
  • 23 Yanvar 2015 18:46
  • 471 Baxış
Putinin qırğına göndərdiyi vətəndaşlar...

“Sankt-Peterburq əsgər anaları” Komitəsi orduda həqiqi hərbi xidmət keçənlərin müqavilə imzalamağa məcbur edilməsi barədə Rusiya baş prokurorluğu və Müdafiə Nazirliyinə müraciət etmək niyyətindədir.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu barədə Komitənin mətbuat katibi Aleksandr Peredruka bildirib.

“Biz ötən ilin dekabr ayının sonundan başlayaraq bu barədə müraciətlər alırıq. Xüsusən övladları Qərb hərbi dairəsində qulluq edən valideynlər bildirir ki, onların uşaqlarını hərbi xidmət haqqında müqaviləni imzalamağa məcbur edirlər. Biz bu barədə Baş prokurorluğa və Müdafiə Nazirliyinə müraciət etməyə hazırlaşırıq. Bizdə kifayət qədər məlumatlar var”, - Aleksandr Peredruka deyib.

“Sankt-Peterburq əsgər anaları” Komitəsi rəhbəri Ella Polyakova da hərbçilərin valideynlərindən müraciətlər aldığını təsdiqləyib. O bildirib ki, bütün Rusiyadan bu barədə müraciətlər alır. Amma o, valideynlərdə “dəhşətli qorxu”nun müşahidə olunduğunu və adlarını açıqlamaqdan imtina etdiklərini bildirib. Komitə rəhbəri qeyd edib ki, valideynlərin adlarını açıqlamaması hüquq-müdafiə təşkilatının işini xeyli çətinləşdirir. Polyakova iddia edir ki, müqaviləni imzalamaqdan imtina edənlər cinayət təqibi ilə hədələnir, yaxud da onları inandırırlar ki, müqavilə xidməti həqiqi hərbi xidmətin müddətini keçməyəcək. Polyakova xatırladıb ki, “Sankt-Peterburq əsgər anaları” Komitəsi belə bir təcrübə ilə Çeçenistan və Cənubi Osetiya müharibələri zamanı rastlaşıb.

Bu günlərdə “Yeni region” nəşri şəxsi mənbələrə istinadən xəbər verib ki, yaxın vaxtlarda Ukraynanın şərqində döyüş əməliyyatlarında iştirak etmək üçün 138-ci motoatıcı briqadası göndəriləcək. Sözügedən briqada Qərb hərbi dairəsinin birləşmələrindən biridir. Məlumata görə, hərbi birləşmənin heyətinin təxminən 70 faizi həqiqi hərbi xidmət keçənlərdir.

Sankt-Peterburqun qanunverici şurasının deputatı Boris Vişnyovski 138-ci motoatıcı briqadanın Ukraynaya göndərilməsi haqqında informasiyanı təsdiq edib. “Sankt-Peterburq yaxınlığındakı Kamenski rayonunda müddətli hərbi xidmət keçənləri güclü təzyiq altında müqavilə imzalamağa məcbur edir və Ukraynaya göndərmək istəyirlər. İlk hərbi qruplaşmanın 9 fevralda göndərilməsi planlaşdırılır”, - deyə o bildirib.

Deputat səlahiyyətli orqanlara bu barədə sorğu göndərəcəyini deyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR