• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Kral Abdullahı tərifləyən imam hücuma məruz qaldı

  • Dünya
  • 23 Yanvar 2015 21:17
  • 525 Baxış
Kral Abdullahı tərifləyən imam hücuma məruz qaldı

Məscid-i Aksada qılınan cümə namazında mərhum Səudiyyə Kralı Abdullahı tərifləyərək qiyabi cənazə namazı qıldırmaq istəyən imam hücuma məruz qalıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, camaat imamın “cənazə namazı” çağırışına qulaq asmayaraq onun üzərinə gedib.

Məscidin içərisindəki fələstinli təhlükəsizlik qüvvələri tərəfindən əhatələnən imam camaatın hücumundan xilas olub. İnsanların qəzəblənməsinə səbəbinin isə Kral Abdullahın Fələstin məsələsinə laqeyd olması və İsrailin Qəzza hücumlarına qarşı səssiz qalması ilə tanınması olduğu deyilir.

Qeyd edək ki, 91 yaşlı Kral Abdullah dünən gecə həyatını itirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR