Mer deputata “fahişə” dedi
Bizi izləyin

Dünya

Mer deputata “fahişə” dedi

Ukraynanın Xarkov şəhərinin meri Gennadi Kernes şəhər sovetinin sessiyasında Ali Radanın deputatı İnna Boqoslovskini fahişə adlandırıb və hüquq mühafizə orqanlarının nümayəndələrindən onu zaldan uzaqlaşdırmağı xahiş edib.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, sessiyada şəhərdəki kriminogen və ümumsosial vəziyyət müzakirə edilirdi.

Sessiyada iştirak edən Ukrayna Ali Radasının deputatı şəhərdəki kriminogen vəziyyətə görə meri ittiham etməyə çalışıb. Merin müdafiəsinə deputatlardan biri qalxıb. Qızışan mübahisələrə Gennadi Kernes də qoşulub və İnna Boqoslovskini fahişə adlandıraraq hüquq-mühafizə orqanlarının nümayəndələrindən onu zaldan uzaqlaşdırmağı xahiş edib.

“Siz çoxdan Kiyev şəhərində yaşayırsınız. Burada sizi heç kim sevmir və siz artıq siyasi fahişəsiniz, siyasi zibilsiniz”, - Gennadi Kernes sakitcə bildirib.

Onun sözlərini zaldakı deputatlar alqışlarlarla dəstəkləyiblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm