General: “Putin bu müharibəyə dözə bilməyəcək”
Bizi izləyin

Dünya

General: “Putin bu müharibəyə dözə bilməyəcək”

“Rusiya Federasiyası Qərb dünyası ilə münasibətlərin kəskin pisləşməsinə getməyəcək. Çünki Rusiya NATO ilə müharibəyə dözməyəcək”.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu sözləri Donbas hövzəsindəki son döyüşləri şərh edən Polşa ordusunun istefada olan generalı Valdemar Skşipçak söyləyib.

“Masanın arxasında olan siyasətçilər müharibənin olmasına imkan verməyəcəklər. Putin NATO ilə müharibə istəmir, çünki Rusiya bu müharibəyə dözə bilməyəcək”, - o, deyib.

Polşalı general qeyd edib ki, ruspərəst hərbi qüvvələr döyüş meydanında aktivləşməklə danışıqlar masasında mövqeyini gücləndirmək istəyirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm