İraqda iki jurnalist öldürülüb
Bizi izləyin

Dünya

İraqda iki jurnalist öldürülüb

İraqda daha iki jurnalist öldürülüb.

ANS PRESS-in məlumatına görə, bu barədə “France-Presse” agentliyi xəbər yayıb. Xəbərdə bildirilir ki, İraqın Əl-Mikdadiya şəhərinə aviahücümlar nəticəsində yeddi nəfər həlak olub.

Ölənlərdən iki nəfərinin jurnalist olduğu bildirilir. Bu məlumatı hakimiyyət orqanları təsdiqləyirlər.

Verilən məlumata görə, jurnalistlər Əl-Ghadeer telekanalının əməkdaşları olublar.

Aviahücümlar nəticəsində telekanalın daha iki əməkdaşı xəsarət alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm