ABŞ-ın terrora qarşı uzunmüddətli strategiyası açıqlandı
Bizi izləyin

Dünya

ABŞ-ın terrora qarşı uzunmüddətli strategiyası açıqlandı

ABŞ dövlət katibi Con Kerri ekstremizmə qarşı mübarizədə uzunmüddətli strategiyasını açıqlayıb.

Publika.az xəbər verir ki, İsveçrənin Davos şəhərində keçirilən ənənəvi Dünya İqtisadi Forumunda liderlər qarşısında çıxış edən Kerri onları vahid mövqe nümayiş etdirməyə çağırıb. O, buraya etibarlı idarəçilik, iqtisadiyyatla yanaşı, siyasi elmi inkişafın daxil olduğunu bildirib.

Con Kerri həmçinin İraq və Suriyada İslam Dövləti yaraqlılarına qarşı beyləlxalq koalisiyanın səylərini vurğulayıb. O bildirib ki, dünya qarşıdakı həftələrdə Yəmən, Şimali Afrika, Somali və Nigeriyada sabitlik və təhlükəsizliyin bərpası üçün birlikdə işləmə davam etməlidir. Dövlət katibi qarşıdakı günlərdə Nigeriyaya səfər edəcəyini də açıqlayıb.

O bildirib ki, zorakı ekstremizmə qarşı mübarizənin qərarı döyüş meydanlarında deyil, sinif otaqlarında, dini mərkəzlərdə veriləcək.

Con Kerri terror hədələri ilə bağlı növbəti sammitin Vaşinqtonda prezident Obama tərəfində təşkil olunacağını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm