• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ekspert: “Nazirlər Kabineti deyil, müşahidəçilər rəsədxanasıdır”

  • Dünya
  • 24 Yanvar 2015 06:34
  • 421 Baxış
Ekspert: “Nazirlər Kabineti deyil, müşahidəçilər rəsədxanasıdır”

Fond Bazarı və İdarəetmə İnstitutunun baş iqtisadçısı Mixail Belyayev Rusiya baş nazirinin müavini İqor Şuvalovun Davos İqtisadi Forumunda çıxışını tənqid edib.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, ekspert Rusiya hökumətinin bir trilyon rublluq (təxminən 24 milyard dollar – Ö.D.) antiböhran planını təklif etdiyini, amma Rusiyada iqtisadi situasiyanın necə inkişaf etdiyinə dair heç bir siqnal verilmədiyini deyib.

“Bu Nazirlər Kabineti deyil, kənarlaşdırılmış müşahidəçilər rəsədxanasıdır. İqtisadiyyatımızın rəhbərlərindən ölkənin rifahının yüksəlişinə və vətəndaşların həyatının yaxşılaşdırılmasına yönəldilən konkret qərarları gözləməliyik”, - Mixail Belyayev deyib.

Ekspertin fikrincə, hərbi sənaye kompleksi və kənd təsərrüfatına sərmayənin artırılması Rusiyada işsizliyin səviyyəsini azaltmağa imkan verəcək.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR