“Kalaşnikov” ABŞ-da ölümlərin sayını artıracaq – Şok iddia
Bizi izləyin

Dünya

“Kalaşnikov” ABŞ-da ölümlərin sayını artıracaq – Şok iddia

Xəbər verildiyi ki, ABŞ-ın RWC silah şirkəti “Kalaşnikov” avtomatının istehsalına başlamağı düşünür. Şirkət Rusiyaya qarşı sanksiyaların tətbiqindən sonra çoxlu avtomat sifarişi alıb. Şirkət öz istehsalı olan “AK-47”ni “Kalaşnikov” brendi altında satışa çıxarmaq niyyətindədir. Lakin bu fikir ölkədə birmənalı qarşılanmayıb.

Publika.az xəbər verir ki, “The Daily Beast” nəşri ABŞ-da “Kalaşnikov” avtomatının istehsalının ölkəni xaosa aparacağını yazıb.

Qəzet hesab edir ki, ölkədə güllə yarasından ölənlərin sayı tezliklə yol-nəqliyyat hadisələrinin qurbanlarının sayını ötə bilər.

“ABŞ “yaradılanların ən effektiv silahı”nı istehsal etməyə məcbur deyil. RWC şirkəti yüksək gəliri nəzərə alaraq “AK-47”ni istehsal etmək niyyətindədir. Və hesab edir ki, silahı küçələrdəki hər bir əclafa vermək yaxşı ideyadır. ABŞ-da bir çox şeylərin kəskin çatışmazlığı hiss olunur: Qərb ştatlarında içmə su, şimal-qərbdə günəş işığı və bütün Amerika ərazisində dəmir yolları. Amma bütün bunların hamısı “AK-47”nin çatışmazlığı ilə müqayisədə görünmür”, - “The Daily Beast” şirkətin qərarına istehza edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm