İranlılar Qərb eşqinə düşdülər, Quran-i Kərimi yandırdılar
Bizi izləyin

Dünya

İranlılar Qərb eşqinə düşdülər, Quran-i Kərimi yandırdılar

Türkiyənin Manisa şəhərində cümə namazından sonra 3 İran əsilli mühacir Quran-i Kərimi yandıraraq tapdalayıb.

Publika.az Türkiyə mediasına istinadən verdiyi məlumata görə, cümə namazından çıxan insanlar Quran-i Kərimi iranlılardan alaraq söndürüblər.

Saxlanılan şəxslər Manisa Dövlət Xəstəxanasında psixoloji yoxlamadan keçirildikdən sonra Təhlükəsizlik Müdirliyinin Terrorla Mübarizə Şöbəsinə aparılıb. Hadisənin hər hansı təşkilatla əlaqəsinin olmadığını bildirən polis iranlıların adlarını gizli saxlayır.

Məlumata görə, İran vətəndaşları “ölkədə dini təzyiq var” iddiası ilə Birləşmiş Millətlər Təşkilatına (BMT) şikayət edib. İki ay əvvəl Türkiyəyə daxil olan iranlıların bu addımı Qərb ölkələrinə gedə bilmək üçün atdıqları iddia olunur. Onların dini mənsubiyyəti açıqlanmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm