Ukraynada separatçılar hücuma keçdi: 27 ölü, 100 yaralı - FOTO
Bizi izləyin

Dünya

Ukraynada separatçılar hücuma keçdi: 27 ölü, 100 yaralı - FOTO

Ukraynada separatçılar müxtəlif istiqamətlərdən hücuma keçiblər.

Publika.az xəbər verir ki, Ukrayna Müdafiə naziri Stepan Poltorakın dediyinə görə, Mariupol şəhərində qanunsuz silahlı birləşmələrlə şiddətli döyüşlər gedir. Separatçılar şəhəri Qrad qurğularından atəşə tuturlar. Çoxlu itkilər var.

Mariupol şəhər şurasının katibi Andrey Fedayın açıqlamalarına görə, şəhərdə ölənlərin sayı 27 nəfərə çatıb. Ölənlər arasında uşaqlar da var. 100-dən çox şəhər sakini isə yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm