Rusiya heyrətamiz raket kompleksi yaradır
Bizi izləyin

Dünya

Rusiya heyrətamiz raket kompleksi yaradır

Rusiya iqtisadi gərginliyə baxmayaraq, С-500 raket-zenit sisteminin yaradılmasından imtina etməyib.

Axar.az xəbər verir ki, Rusiya Müdafiə nazirinin müavini Yuri Borisovun bildirdiyinə görə, işlər qrafik üzrə gedir və sınaq-konstruktor işlərinin 2017-ci ildə başa çatması planlaşdırılır. Qeyd edək ki, С-500 “torpaq-hava” zenit-raket sisteminin yeni nəslinə aiddir. Perspektiv ЗРС təkcə ballistik deyil, həmçinin aerodinamik hədəfləri (təyyarə, helikopter və digər hava hədəflərini), eləcə də qanadlı raketləri məhv etməyə qadirdir. С-500 600 kilometr radiusu hədəfləyə bilir, səsdən sürətli – saniyədə 7 kilometr sürətlə uçan 10 ballistik hədəfi və hipersəs raketlərin döyüş blokunu eyni zamanda məhv etməyə gücündədir. С-500 xarakteri etibarilə ЗРК С-400 və onun amerikalı rəqibi “Patriot-3”-ü üstələyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm