Avropa İttifaqı Rusiyaya müraciət etdi
Bizi izləyin

Dünya

Avropa İttifaqı Rusiyaya müraciət etdi

"Ukraynanın şərqində sülh axtarışına qalan zaman müddəti daralmaqdadır. Döyüşlərin şiddətlənməsi hər iki tərəfdən həm dinc əhali, həm hərbiçilər arasında ölənlərin sayını artırıb".

Publika.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Xarici İşlər və Təhlükəsizlik Siyasəti nümayəndəsi Federika Mogherinin bəyanatında bildirilib.

Avropa İttifaqı Rusiyanı Ukraynanın şərqində cərəyan edən münaqişənin dayandırılmasında öz öhdəliklərini tam həcmdə etiraf etməyə çağırıb.

Federica Mogherini bəyanatında Ukraynanın şərqində zorakılığın qarşısının alınmasının və bu münaqişənin siyasi yolla həllinin hələ də mümükün olduğunu vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm