Ukraynadakı hadisələrə görə fövqəladə toplantı
Bizi izləyin

Dünya

Ukraynadakı hadisələrə görə fövqəladə toplantı

Avropa Birliyi (AB) xarici işlər nazirlərinin Ukraynada baş verən hadisələr səbəbindən təcili toplanmasına qərar verilib.

Axar.az xəbər verir ki, bu barədə AB Xarici əlaqələr üzrə ali nümayəndəsi Federika Moqerini məlumat verib.

Xanım Moqerini separatçıların Rusiya ilə 60 kilometr məsafədə yerləşən Mariupol şəhərinə hücumunu xatırladaraq, şəhərin hazırda təhlükə altında olduğunu bildirib. O, nazirlərin yanvarın 29-da Brüsseldə toplanacağını deyib.

Xatırladaq ki, Moqerini dünən verdiyi açıqlamada Rusiyadan Donetsk və Luqansk şəhərlərini nəzarətində saxlayan separatçıları geri çəkməsini və yardımları dayandırmağı tələb etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm