• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Avropa İttifaqı ilə Rusiya münasibətləri son həddə çatıb

  • Dünya
  • 26 Yanvar 2015 05:49
  • 524 Baxış
Avropa İttifaqı ilə Rusiya münasibətləri son həddə çatıb

Ukraynada rusiyapərəst döyüşçülərin hücumlarını artırması Avropa İttifaqı ilə Rusiya münasibətlərini daha da gərginləşdirib.

Publika.az xəbər verir ki, Ukrayna rəsmilərinin bildirdiyinə görə, liman şəhəri Mariupolda bazarın raket hücumuna məruz qalmasından sonra 30 nəfər həlak olub. Rəsmilər hücum zamanı 80 nəfərin yaralandığını bildirib.

Yaşayış massivindəki hücum Donetsk regionunun üsyançı liderinin artıq Kiyevlə sülh danışıqlarına gedilməyəcəyini bildirməsindən bir gün sonraya təsadüf edir.

Ukrayna prezidenti ərazilərinin müdafiə ediləcəyinə and içib. Səudiyyə kralı Abdullanın dəfn mərasiminə səfərini təxirə salan Petro Poroşenko Ukraynanın Təhlükəsizlik Şurası ilə təcili yığıncaq keçirib.

ABŞ prezidenti Rusiyanı yeni sanksiyaların tətbiqi ilə hədələyib. Hindistanda səfərdə olan Barak Obama deyib ki, Rusiyaya qarşı təzyiqlər artırılmalıdır. O, atəşkəsin pozulmasına görə narahatlığını ifadə edərək, Rusiyanın separatistləri dəstəkləməsini aqressiya kimi qiymətləndirib.

Ukraynanın dövlət başçısı ABŞ-ın vitse-prezidenti Co Baydenlə telefonla son hücumlar və zorakılıqları müzakirə edib. Ağ Evin bildirdiyinə görə, tərəflər Rusiyanın sentyabr ayında əldə edilən Minsk razılığına riayət etməməsinə təəssüflərini ifadə edib.

Avropa İttifaqının potasiya üzrə hazırkı prezidenti Latviya qurumun xarici işlər nazirləri ilə Ukraynadaklı vəziyyətə dair növbədənkənar toplantı çağırıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Federika Moqeriniyə telefon söhbəti zamanı deyib ki, Moskva Kiyevin atəşkəsin qüvvədə saxlanması üçün separatistlərlə müzakirə aparmasını istəyir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR