Dünya
DƏHŞƏT: 12 yaşlı qız öz qardaşından uşaq doğdu
Özbəkistanda 12 yaşlı bir qız öz qardaşından uşaq
doğub.
Məlumatda deyilir ki, hadisə Xarəzm vilayətinin Qurlan rayonunun
Gülüstan kəndində baş verib.
Qız ötən ilin mayında 11 yaşı olanda öz qardaşından hamilə
qalıb. Bacısının namusuna toxunan 19 yaşlı oğlanın artıq tutulduğu
deyilir. 12 yaşlı qız isə Qurlan rayon xəstəxanasında sağlam qız
uşağı dünyaya gətirib.
Xarəzm vilayətinin daxili işlər idarəsinin əməkdaşı deyib ki,
qız qardaşından hamilə olduğunu etiraf edib.
“19 yaşlı oğlan Qurlan kollecində oxuyur. Onun özündən başqa daha bir qardaşı var. Uşaqların atası fermada adi bir fəhlədir. Anaları işləmir. Valideynləri bu olayı gizlətməyə çalışır. Oğlan artıq tutulub. Onun təqsiri sübut olunsa,15-20 il arası həbs cəzası alacaq”, - deyə vilayətin daxili işlər idarəsindən bildiriblər.
Bu hadisədən sonra 34 saylı məktəbin direktoru, onun müavini və
psixoloq işdən qovulub. 6-cı sinifin rəhbəri haqda da ölçü
götürülüb.
Qeyd edək ki, bu olay Xarəzm vilayətində ilk deyil. Ötən il yanvar ayının 20-də Şovot rayonunun Burakçi kəndində yaşayan 13 yaşlı qız doğma qardaşından uşaq dünyaya gətirib. Məhkəmə həmin oğlan haqda artıq qərar çıxarıb, ancaq o qərarın nədən ibarət olduğu haqda xəbər verilmir.(“Azadlıq radiosu”)
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO