• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Fransa İslam Respublikası”- Mişel Uelbekin reallığa çevrilən fantastik PROQNOZU

  • Dünya
  • 26 Yanvar 2015 11:48
  • 1 018 Baxış
“Fransa İslam Respublikası”- Mişel Uelbekin reallığa çevrilən fantastik  PROQNOZU

“2022-ci il. Fransada keçirilən prezident seçkilərinin ikinci turunda hakimiyyətə “Müsəlman qardaşları” gəlir. Ölkə islam qanunları ilə idarə edilməyə başlayır. Sarbonna Universitetinin fasadını isə qızılı ulduz və aypara bəzəyir. Universitetin bütün professor və müəllim heyəti Məhəmməd peyğəmbərin dinini qəbul edir. Qadınlar işləmir və hamısı hicabda gəzir”.

Fransız yazıçısı Mişel Uelbekin “Tabe edilmə” (Soumission) romanında 5-ci respublikanın gələcəyi məhz belə təsvir edilir.

Həyat təsadüflərdən ibarətdir. Maraqlıdır ki, bu romanın Fransa telekanallarının canlı efirindəki prezentasiyası “Charlie Hebdo” satirik jurnalının redaksiyasına edilən terror basqınından az əvvəl baş tutdu.

Güman edilirdi ki, roman çıxdıqdan sonra bir neçə həftə ölkənin intellektual kəsiminin diqqət mərkəzində olacaq, qızğın müzakirələr aparılacaq. Amma olmadı. Terror aktları fonunda kitabı müzakirə etmək kimsənin ağlına gəlmədi.

Kütləvi informasiya vasitələrində romana aid bir-iki məqalə dərc olundu. Bu məqalələrdə də romanı anti-müsəlman xarakterli olduğu üçün tənqid etdilər. Vurğulandı ki, kitab ölkədə onsuz da gərgin olan vəziyyəti daha da pisləşdirir. Hətta bəziləri bu kitabı Mişei Uelbekin millətçi siyasətçi Marin Le Penə hədiyyəsi kimi dəyərləndirdlər.

Buna baxmayaraq, Uelbek müasir Fransanın ən istedadlı yazıçılarından sayılır. O, həmişə aktual problemlərə toxunur. Onu Avropa mədəniyyəti və dəyərlərinin qorunub saxlanması narahat edir. Ancaq indi yazıçı pessimist əhva-ruhiyyədədir.

Kitabda söhbət Fransada 2017-ci ildə yaradılan “Müsəlman qardaşları” partiyasından gedir. Partiyanın lideri, Fransua Mitteran dövründən sonra siyasi səhnəyə çıxan ən təcrübəli siyasətçi sayılır. Hətta onun 5 il ərzində partiyasını hakimiyyət başına gətirə biləcəyi vurğulanır.

Qeyd etmək lazımdır ki, romanda hakimiyyətə gəlmiş müsəlmanların terrorçularla heç bir əlaqəsi yoxdur, onlar terrora nifrət edirlər. Onların bir məqsədi var - hakimiyyətə gəlmək, sonra Avropa İttifaqını Türkiyə, Tunis, Misir hesabına genişləndirmək. Uelbek də əsərində Avropa üçün təhlükənin terrorçular yox, məhz romanda təsvir edilən, siyasi mübarizə aparan müsəlmanların olduğunu vurğulayır.

Yazıçı əmindir ki, Avropa İslamla müharibəni uduzub. Kimsə bunu fantastika saya bilər. Ancaq bunun ilk cücərtiləri artıq görünür. Miqrant ailələrində doğulan müsəlmanlar on illər ərzində burda yaşamalarına, doğulub böyümələrinə baxmayaraq, Avropa dəyərlərini qəbul etmirlər. Fransızları düşündürən suallar çoxdur - niyə adi aptekdəki xaç şəkli belə müsəlmanları qıcıqlandırır, niyə dünyəvi dövlətdə müsəlman qadını hicabda gəzə bilir, ancaq islam dövlətlərində qısa ətək qadağandır? Öz həyat tərzlərini Fransada diktə etmək səssiz işğal deyilmi?

Fransada əvvəllər bu haqda danışmırdılar. İndi isə susa bilmirlər. İslamlaşmaya qarşı mübarizə aparmaq istəyirlər. Ancaq bu, demokratiyaya zidd deyilmi? Avropa dəyərlərini qorumaq üçün başlanılan mübarizədə millətçiliyin, irqçiliyin, dini ayrı-seçkiliyin sərhədləri harada bitir?

Hələlik fransızlar bu suala cavab tapmayıb. Yəhudilər isə Fransadan əllərini üzüblər.

Statistikaya görə, Avropa ölkələri arasında yəhudilər ən çox Fransadan köç edirlər. 2014-cü ildə ölkəni tərk edən yəhudilərin sayı pik nöqtəyə çatıb.

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR