Gənc oğlan hamilə sevgilisini qətlə yetirdi, sonra da cəsədini yandırdı - FOTO
Bizi izləyin

Dünya

Gənc oğlan hamilə sevgilisini qətlə yetirdi, sonra da cəsədini yandırdı - FOTO

Hamilə qadın meşədə qətlə yetirildikdən sonra üzərinə benzin tökülərək yandırılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, 19 yaşlı Maria P. Almaniyanın paytaxtı Berlindəki meşələrin birində milliyyətcə türk olan keçmiş sevgilisi tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib.

Baş vermiş olayı araşdıran Berlin polisinin yaydığı məlumatda bildirilir ki, faktla bağlı milliyyətcə türk olan iki nəfər şübhəli şəxs qismində saxlanılıb. İstintaq nəticəsində o da məlum olub ki, Maria bu günlərdə dünyaya uşaq gətirməli imiş. Polis iddia edir ki, keçmiş sevgilisi zor tətbiq etməklə meşəyə apardığı qadını qarnından bıçaqlayıb: «Bu vaxt Maria hələ sağ olub. Türk millətindən olan sevgilisi onun ölmədiyini gördükdə qadının üzərinə benzin töküb, Marianı yandırıb. Araşdırmalar zamanı bəlli olub ki, qadını qətlə yetirən şəxs 19 yaşlı türk əsilli Almaniya vətəndaşı olub. Artıq həmin şəxs və bu cinayəti törətməkdə ona yardım etmiş dostu polis tərəfindən yaxalanıb.

İlkin versiyaya görə, qadının qətlə yetirilmə səbəbi onun hamilə olmasıdır. Görünür, gənc oğlan qadının ondan uşaq dünyaya gətirməsinə etiraz etdiyi üçün bu cinayətə əl atıb.

Məlumat üçün bildirək ki, Marianın cəsədi meşəlik ərazidə iti ilə gəzişən şəxs tərəfindən tapılıb.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm