Kobani epopeyası bitdi: şəhər İŞİD-dən tam azad edildi
Bizi izləyin

Dünya

Kobani epopeyası bitdi: şəhər İŞİD-dən tam azad edildi

PYD terror təşkilatının silahlı qolu olan YPG gücləri Suriyanın Kobani şəhəri üzərində nəzarəti tamamilə ələ keçirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Təşkilatı bildirib.

Təşkilatın rəhbəri Rami Abdel Rahman İŞİD terror qruplaşmasının tamamilə Kobanidən çıxarıldığını söyləyib.

Xatırladaq ki, İŞİD və Şimali İraq kürd muxtariyyətinin peşmərgə qüvvələrinin dəstək verdiyi YPG arasında Kobani uğrunda döyüşlər 16 sentyabr tarixindən davam edirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm