NATO-ya məxsus “F-16” təyyarələrin üstünə düşdü - 10 ölü
Bizi izləyin

Dünya

NATO-ya məxsus “F-16” təyyarələrin üstünə düşdü - 10 ölü

Yunanıstanın “F-16” qırıcısı İspaniyanın cənubi-şərqindəki Los Llanos hərbi bazasının üzərinə düşüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 10 nəfər ölüb, 13-ü yaralanıb.

Ölənlərdən ikisi pilotdur. Qırıcının NATO-nun fəaliyyəti çərçivəsində İspaniyada olduğu bildirilir. Təyyarə hərbi bazada park vəziyyətində olan digər təyyarələrin üstünə düşüb. Hadisə yerində güclü yanğın olub.

Məlumata görə, yaralılardan 6-nın vəziyyəti ağırdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm