Ağ Ev üzərində pilotsuz təyyarə
Bizi izləyin

Dünya

Ağ Ev üzərində pilotsuz təyyarə

Ağ Evin həyətində kiçik pilotsuz idarə edilən uçan cihazın tapılması iqamətgaha girişin məhdudlaşdırılmasına səbəb olub.

Publika.az-ın məlumatına görə, hadisənin bazar ertəsi gecə saatlarında baş verməsindən bir qədər sonra uçan qurğunun sahibi məsuliyyəti öz üzərinə götürüb və təsadüfən cihaza nəzarəti itirdiyini dedeyib. Rəsmilər onun Vaşinqton sakini olduğunu və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyini bildirib.

Ağ Evin sözçüsü Coş Ernest prezident Obama və birinci xanım Mişel Obamanı Dehliyə səfər zamanı müşayiət edən müxbirlərə cihazın Ağ Evdə heç kəs üçün təhlükə yaratmadığını bildirib.

Obamanın iki qızının hadisə zamanı Ağ evdə olub-olmadığı bildirilməyib.

Gizli Xidmət agentliyi 61 santimetr uzunluğunda uçan cihazın dörd propelleri olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm